Yevlaxda üçmərtəbəli yataqxana yandı

Hadisə
10:39 / 04.12.2022
10527
Yevlax şəhərində üçmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan mənzilin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb.
Sfera.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.