Rusiya "taxıl dəhlizi" sazişindən çıxdı – Bahalaşma gözlənilir

Rusiya

Ötən gün Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna taxıl ixracı sazişində iştirakın dayandırıldığını elan edib. Agentlik buna səbəb kimi Ukraynanın həmin gün “Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi əməliyyatı göstərib. Müqavilə iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfindən imzalanıb.

 

Baş verən proseslərin hansı iqtisadi nəticələri ola bilər?

 

Bununla bağlı Sfera.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki,  bu qərar dünya bazarlarında taxılın qiymətinin qalxmasına səbəb olacaq:

 

“Taxıl qiymətləri ölkələrin ixraca məhdudiyyət tətbiqindən sonra özünün maksimum həddinə cari ilin may ayının birinci yarısında çatmışdı. Türkiyənin sonradan müdaxiləsilə Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalanmışdı. Beləcə yaradılmış “taxıl dəhlizi” dünyada olan ajiotajı azaltmış və qiymətlər enməyə başlamışdı. İndi Rusiyanın yenidən bu mövqeyə qayıtması taxıl bazarında gərginliyi artıracaq və bu taxıl qiymətlərinə öz mənfi təsirini göstərəcək”.

 

Ekspert qeyd edib ki, Rusiya əlində qalan ən son təsir alətlərindən istifadə etməklə Qərbin sanksiyalarına qarşılıq verməyə çalışır:

 

“Hazırda əlində iki təsir aləti qalıb ki, bu da karbohidrogen ehtiyatları və ərzaq məhsulları bazarında gərginlik yaratmaqdır. Əslində bu alətlərin də artıq əvvəlki kimi təsiri qalmayıb. Amma yenə də fürsətdən istifadə edərək "buğda dəhlizi" sazişindən çıxmaqla, ərzaq təhlükəsizliyinə təhdidlər yaratmaqla mövqeyini gücləndirməyə çalışır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...