“Ukraynalı uşaqları çaya atıb boğmaq lazımdır” – Rusiya kanalında şok
Rusiyanın dövlət televiziyası Russia Today (RT) qalmaqallı yayımla yenə gündəm olub.
Sfera.az bildirir ki, kanalda “Təzadlı mənalar” verilişini təqdim edən Anton Krasovski ukraynalılara qarşı soyqırıma çağırış edib. Britaniyanın “Daily Mail” qəzetində yer alan xəbərə görə, Krasovski ukraynalı uşaqların boğulması və ya yandırılması lazım olduğunu söyləyib.
Belə ki, proqramın qonağı olan rusiyalı yazıçısı Sergey Lukyanenko SSRİ dönəmində bölgəyə səfər edəndə uşaqların sovet əsgərlərini “işğalçı” adlandırdıqlarını deyib. Ardınca Krasovski rus əsgərlərini görən ukraynalı uşaqların da belə dediyini xatırladıb və “Ukraynalı uşaqları çaya atıb boğmaq lazımdır. Ya da onları daxmalara bağlaya və yandıra bilərlər”, deyə aparıcı əlavə edib.
Krasovskinin açıqlaması qısa zamanda reaksiyalara səbəb olub. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba RT-yə qlobal qadağa qoymağa çağırıb. Kanalın baş redaktoru Marqarita Simonovna Simonyan sükutu pozub. Simonyan hadisəni “vəhşi və iyrənc” adlandırıb və “hələlik əməkdaşlığımızı dayandırıram” deyərək aparıcının verilişinin bağlandığını açıqlayıb.
“Nə deyəcəyimə təəccübləndim” deyən baş redaktor sözügedən açıqlamanın kanalın siyasətini əks etdirmədiyini vurğulayıb.
Günay Rəsulqızı