"Putin İndoneziyaya getməkdən qorxur, FSB onu devirə bilər" - İDDİA

Rusiya lideri Vladimir Putin və Ağ Ev rəhbəri Co Bayden gələn ay G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək. Lakin Putinin əvəzinə xarici işlər naziri Sergey Lavrovun sammitdə iştirak edə biləcəyi deyilir. Bundan əvvəl də Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidentinin G20-nin İndoneziyada keçiriləcək sammitində iştirakının hələlik sual altında olduğunu bildirmişdi. O, Rusiyanın bütün amilləri, o cümlədən Putinin təhlükəsizliyi məsələsini nəzərə alındığını demişdi.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov düşünür ki, Putinin İndoneziyaya səfəri inandırıcı görünmür:

 

“Rusiya lideri adətən masaya əli güclü vaxtlarında oturmağı sevir. Yəni görsə ki, Rusiya Ukrayna cəbhəsində ciddi qalibiyyət əldə edib, o zaman  danışıqlar apara, yenə dünya nizamının formalaşmasında özünə pay götürməyə çalışa bilər. Amma indiki halda Rusiyanın uğursuz hərbi əməliyyatlar keçirməsi fonunda Putinin İndoneziyaya gedib Baydenlə görüşməsi gözlənilmir”.

 

Müsahibimiz qeyd edib ki, buna baxmayaraq, proseslərin gedişini izləmək lazımdır:

 

“Güman ki, Rusiya hər hansı uğur əldə etməsə, G-20 sammitində Putini Lavrov əvəz edəcək. Digər tərəfdən burada təhlükəsizlik məsələsi ön plana çıxır. Aydın məsələsidir ki, ölkə daxilində də artıq Putinə qarşı cəbhə alanlar var. Bu da ondan xəbər verir ki, bundan sonra məğlubiyyətlər seriyası davam edərsə, Vladimirin devrilməsi üçün daxildə hərəkətə keçə bilərlər. FSB-nin Putini devirmək üçün planları ola bilər, belə bir addımın atılması mümkündür. Ona görə də qeyd etdiyim şərtlər daxilində İndoneziyaya Lavrovun getməsi ehtimalı yüksəkdir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...

Məşhur Xalq şairi xəstəxanaya yerləşdirildi - FOTO

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq şairinin yax...