“Niyə ölkə gündəmi deyil?”  - Şahmat üzrə dünya çempionlarımızla bağlı ETİRAZ

“Niyə ölkə gündəmi deyil?”  - Şahmat üzrə dünya çempionlarımızla bağlı ETİRAZ

“Bu xəbərin ölkədə gündəm mövzusu olmaması məni çox təəccübləndirir”.

 

Sfera.az bildirir ki, bunu “Fly Education" xaricdə təhsil şirkətinin təsisçisi Kənan Səlimov İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər Beydullayeva və Abdulla Qədimbəyli barədə fikirlərini bölüşərkən deyib.

 

O, sözlərinə bu cür davam edib:

“Dünya Şahmat Federasiyasının 20 yaşdan kiçik şahmatçılar arasında cəmi iki dünya çempionluğu titulu var -  biri qadın, biri kişi. Onun hər ikisini eyni ölkənin nümayəndəsinin qazanması ciddi nailiyyətdir. 1951-ci ildən bəri təşkil edilən 20 yaşdan kiçik şahmatçıların Dünya Çempionatında indiyə qədər Azərbaycanın cəmi bir dünya çempionu var idi. 17 il əvvəl Şəhriyar Məmmədyarov Dünya Çempionu olandan bəri heç bir azərbaycanlı bu uğuru təkrarlaya bilməmişdi. Bu dəfə İtaliyada yarışda həm qadınların, həm də kişilərin yarışında əsas mükafatı bizim şahmatçılarımız qazandı. 19 yaşlı Gövhər, 20 yaşlı Abdulla – paylaşaq və fəxr edək”.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR