Britaniyada Baş nazir postuna Roldşiltlərə yaxın bu şəxs gələ bilər
Liz Trassın istefasının ardından Boris Consonun yenidən baş nazir olacağı gözlənilsə də, o, Böyük Britaniyanın sözügedən posta namizəd olmayacağını açıqlayıb.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib ki, B. Conson növbəti mərhələyə keçmək üçün kifayət qədər deputatın dəstəyinə malik olsa da, digər namizəd, keçmiş maliyyə naziri Rişi Sunakdan geri qalır.
“Hazırda baş nazir postuna real namizəd kimi Rişi Sunakın adını çəkmək olar. Çünki o, namizədlər içərisində ən yüksək mövqeyi olan şəxsidir. R. Sunak həm də Breksit əleyhdarı kimi tanınır. Bundan başqa, onun xarici olkələrlə çox ciddi iqtisadi əlaqələri də var.
R. Sunakla bağlı bir maraqlı nüans isə onun iqtisadi imkanları geniş olan yahudi ailələrlə, xüsusilə də Roldşiltərlə yaxınlığıdır. Bu baxımdan R. Sunakın Kralığı düşdüyü böhrandan çıxara biləcək potensiala sahib olduğu düşünülür”.
Turan Rzayev