"Sədərək" və "Binə" ticarət mərkəzlərinə tramvay xətləri çəkilsin - TƏKLİF

Bakıda yaşanan tıxac problemi ilə bağlı daha bir ekspert öz fikrini bölüşüb.

 

Sfera.az-ın məlumatına görə, iqtisadçı ekspert Eyyub Kərimli düşünür ki, bu istiqamətdə əsas amillərdən biri nəzərdən yayınıb. Bu da  "Sədərək" və "Binə" ticarət mərkəzləri ilə əlaqəlidir:

 

“Bu gün həmin obyektlərdə ümumilikdə 50- 60 min sahibkar, həmçinin çalışan digər işçilər fəaliyyət göstərir. Vaxtilə bu ticarət mərkəzləri aeroport yaxınlığında yerləşdiyindən orada çalışan əksər insanlar əsasən Binə qəsəbəsi, Suraxanı rayonu, Günəşli qəsəbəsi, Əhmədli qəsəbəsi və Nizami rayonunda məskunlaşıblar. Deməli, hər gün bu qədər insan o ticarət mərkəzlərinə axışır, üstəgəl o qədər də müştəri...

 

Demək olar ki, gündə 100 minə yaxın avtomobil şəhərin bir istiqamətindən digər istiqamətinə hərəkət edir. Bu, çox böyük axındır. Nəzərə alsaq ki, o ticarət mərkəzlərinə yol əsasən şəhərin Neftçilər və Ziya Bünyadov  prospektindən keçir, onda yaşanan sıxlığın səbəblərindən biri kimi bunu da qeyd etmək vacibdir”.

 

Ekspert deyib ki, hazırda çox az metro stansiyasından həmin istiqamətə avtobuslar işləyir:

 

“Əsasən də Koroğlu metrosu qeyd olunmalıdır. Hər səhər orada manatlıq taksilər insanları daşımaq üçün tıxac yaradırlar. Digər istiqmət də 20 yanvar metrosunun ətrafındadır. Bunun üçün düşünürəm ki, həmin ticarət mərkəzlərinə tramvayın çəkilməsi müsbət nəticə verə bilər. Eyni zamanda dəniz nəqliyyatının fəaliyyətə başlaması da ictimai nəqliyyatın yükünü azaldar. Məsələn, Şıxov tərəfdən başlayaraq  Bilgəh və Nardarana qədər uzana biləcək dəniz yolu insanların daha tez və rahat şəhərin bir başından o biri başına rahat çatmağına şərait yarada bilər. Bu, daha tez və az maliyyə tutumuna başa gələr, nəinki, metro stansiyaların inşası...”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABŞ-də ölənlərin sayı 25 nəfərə çatdı

Kaliforniyada genişmiqyaslı meşə yanğınları nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat y...

Bu yataqdan 650 milyon ton neft ÇIXARILDI - Hasilat daha da artacaq

Azərbaycan “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kon...

"Hədəfimiz terrorsuz Türkiyədir" - Ərdoğan

Hədəfimiz terrorsuz Türkiyədir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının q...

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...

Məşhur Xalq şairi xəstəxanaya yerləşdirildi - FOTO

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq şairinin yax...

"Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır?" - Sosioloq

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin...