Türkiyədə ard-arda zəlzələ: İnsanlar küçələrə axışdı - FOTO

Dünya
16:13 / 31.08.2022
11492
Türkiyədə ard-arda iki zəlzələ qeydə alınıb.
Sfera.az Hürriyet-ə istinadən xəbər verir ki, Aydının Kuşadası sahillərində 4,7 və 5,1 bal gücündə iki zəlzələ baş verib.
10 kilometr dərinlikdə baş verən, Aydınla yanaşı, Didim və İzmirdə də hiss edilən zəlzələlər panikaya səbəb olub.
Zəlzələni evlərində və ya iş yerlərində hiss edənlər təşviş içində çölə qaçıblar.