Dünən iti ilə minaya düşən ANAMA əməkdaşının VİDEOSU

Dünən iti ilə minaya düşən ANAMA əməkdaşının VİDEOSU

Xəbər verdiyimiz kimi, dünən işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina partlaması hadisəsi olub.

 

Bu barədə Sfera.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
 

Hadisə nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

 

Dünən Qubadlıda minaaxtaran it ilə birlikdə minaya düşən Nəcməddin Hüseynovun görüntülərini təqdim edirik:

 

 


OXŞAR XƏBƏRLƏR