Azərbaycanda toy yasa döndü

Hadisə
22:20 / 30.08.2022
19992
Qaxda toy mərasimi zamanı bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, hadisə Qax şəhərində “Bəyaz saray” şadlıq evində olub.
Belə ki, toyda iştirak edən Qax şəhər sakini 1968-ci il təvəllüdlü Məmmədova Vəfa Loğman qızının halı pisləşib və o, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.