Novxanıdakı partlayışla bağlı RƏSMİ MƏLUMAT

Hadisə
20:15 / 30.08.2022
16379
Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verib.
FHN-dən Sfera.az-a verilən məlumata görə, Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Müəyyən olunub ki, istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.
FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.