“Regiondakı dəyişiklər Tehranda ağrılarla qarşılanır” - Politoloq

“Regiondakı dəyişiklər Tehranda ağrılarla qarşılanır” - Politoloq

“Azərbaycanın uğurlu "Qisas" əməliyyatı, ermənilərin Laçını boşaltması və silahlı erməni birləşmələrinin hissələrlə çıxarılması İran rejimini narahat edir. Artıq Tehran proseslərin "Zəngəzur" dəhlizinin açılması ilə sonlandırılmasının fərqindədir. Azərbaycanın öz ərazilərini işağldan azad etməsi, separatizmə son verməsi, regionda yeni reallıqlar yaratması İran rejiminin Azərbaycana qarşı deustiriktiv siyasəti sərgiləməsinə, düşmən siyasəti ortaya qoyması ilə  nəticələnib”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə qarşı hərəkət edən cənub qonşumuzun hazırkı mövqeyi regionda onun istədiyi siyasətin reallaşmasına gətirib çıxarmayacaq:

 

“Regiondakı dəyişiklər Tehranda ağrılarla qarşılanır. Azərbaycanın apardığı sağlamlaşdırma əməliyyatı, Tehranda əks effekt verir. Tehran üçün nə qədər ağrılarla olsa da, Cənubi Qafqazda sülhü Azərbaycan bərpa edir. Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə yenidən görüşü ərəfəsində Bakının əlinin güclü olması faktdır. Və proseslərin müsbətə doğru dəyişikliklər etməsi İran rəhbərliyinin isteriyasına gətirib çıxarır. Tehran Qarabağda Mossad axtarışına çıxaraq Zəngilanda fermer təsərrüfatını hərbi obyekt görür. Tehran rəsmilərinə xatırladım ki, Mossad İran prezidentinin iqamətgahı ətrafında İranın nüvə alimlərinin öldürülməsini təşkil edir. Mossadı Qarabağda axtaran İran öz ağzının içində-Tehranda onları görmür.

 

Təbii ki, İranın Mossad və Zəngəzur iddiaları bəhanədir. İran Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından və Türkiyə ilə birgə regionda yeni geosiyasi nizam yaratmasından narahatdır. Qeyd edim ki, İran Azərbaycana qarşı bu siyasətini davam etdirəcəksə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızn haqları gündəmə gətirilməli, onlara rəsmi Bakı hər cür dəstək verməlidir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR