Mütəxəssislərdən xəbərdarlıq: Bu vərdiş boğaz xərçəngi riskini üç dəfə artırır

Mütəxəssislərdən xəbərdarlıq: Bu vərdiş boğaz xərçəngi riskini üç dəfə artırır

Səhiyyə işçilərindən daha bir xəbərdarlıq gəlib.

 

Sfera.az bildirir ki, bu dəfə Böyük Britaniyada yarım milyondan çox insanın məlumatları ilə daha çox qəhvə içənlərin xərçəng olma riski araşdırılıb.

 

Müəyyən olunub ki, isti çay və ya kofe içmək boğaz xərçəngi riskini demək olar ki, üç dəfə artırır.

 

Araşdırmalara görə, isti içkilər içən insanların içməyənlərə nisbətən xərçənginə tutulma riski 2,8 dəfə çoxdur. Tədqiqatda həmçinin iştirakçılardan qəhvələrini "ilıq", "isti" və ya "çox isti" içməyi xoşlayıb-xoşlamadıqları soruşulub. Bəlli olub ki, “ilıq” içkilərə üstünlük verənlər içməyənlərə nisbətən 2,7 dəfə, “isti”yə üstünlük verənlər 5,5 dəfə, “çox isti”yə üstünlük verənlər isə 4,1 dəfə daha çox risk altındadırlar.

 

“Clinical Nutrition” jurnalında dərc edilən yazıya əsasən, qəhvə istehlakı yemək borusu xaricində heç bir xərçəng riskini artırmır. Bununla bağlı professor Burgess, “Ümumiyyətlə qəhvə içənlər üçün yaxşı xəbər odur ki, o, əslində əksər xərçəng növləri ilə əlaqəli deyil”, - deyə söyləyib.

 

Qeyd edək ki, Böyük Britaniyada ildə təxminən 10 000 insana boğaz xərçəngi diaqnozu qoyulur.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR