Türkiyə XİN Laçınla bağlı BƏYANAT YAYDI

Türkiyə XİN Laçınla bağlı BƏYANAT YAYDI

"9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq davam edən proses çərçivəsində Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bu gün Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik".

 

Sfera.az xəbər verir ki, bu, Türkiyə XİN-in yaydığı bəyanatda qeyd edilib.

 

"Ümid edirik ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində bu mühüm addım Azərbaycan-Ermənistan münasibətlərinə, eyni zamanda regional normallaşmaya töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək", - açıqlamada bildirilib.

 

Turan Rzayev,

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR