“Dünya Zaporojyedəki radiasiya qəzasından çətinliklə xilas oldu” - Zelenski

“Dünya Zaporojyedəki radiasiya qəzasından çətinliklə xilas oldu” - Zelenski

Ukrayna lideri Avropanın ən böyük atom elektrik stansiyası barədə açıqlama verib.

 

Sfera.az bildirir ki, Zelenski Rusiyanın işğalı altında olan Zaporojye Atom Elektrik Stansiyasının cümə axşamı günü Ukraynanın elektrik şəbəkəsindən ayrıldığını bildirib.

 

O qeyd edib ki, Avropa ciddi radiasiya fəlakəti ilə üz-üzədir.

 

“Dizel generatorları işə salınmasaydı, elektrik enerjisi kəsilən kimi stansiyada işçilərimiz müdaxilə etməsəydi, hazırda radiasiya qəzasının nəticələrini aradan qaldırmağa çalışırdıq”, - deyə ölkə başçısı söyləyib.

 

Zaporojyenin təhlükəsiz işinin davam etməsinin dəstəkləyici elektrik enerjisindən asılı olduğunu deyən Zelenski, təhlükənin hələlik keçdiyini bildirib.

 

Qeyd edək ki, dünən səhər saatlarında xətlər zədələndiyindən çərşənbə günü baş verən yanğınlarla birlikdə iki enerji bloku müvəqqəti olaraq şəbəkədən ayrılıb. Zelenski yanğına görə, Rusiyanı günahlandırsa da, Moskvanın təyin etdiyi menecer Yevgeni Balitski yanğına Ukrayna qüvvələrinin açdığı atəşin səbəb olduğunu iddia edib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR