Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı - FOTOLAR

Xadimə paltarı geyinib xəstələrin qiymətli əşyalarını oğurladı - FOTOLAR

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında oğurluq etdiyi bildirilən qadının görüntüləri yayılıb.

 

Sfera.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə şəhərdə Travmatologiya Xəstəxanası kimi tanınan xəstəxanada özünü sanitar kimi təqdim edən qadının həkim otaqlarından xeyli pul, qızıl və sair əşyalar oğurladığı qeyd edilib.

 

Belə ki, ağzını maska ilə örtmüş, eynək taxmış qadın xadimə geyimində özünü xəstəxana əməkdaşı kimi tanıdıb və otaqları bir-bir gəzərək əlinə keçən qiymətli əşyaları oğurlayıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”ya bildirib ki, hazırda yayılmış görüntülərlə bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır: “Hadisəni törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir”.


OXŞAR XƏBƏRLƏR

"Müharibənin bitməsi üçün tək atəşkəs yetmir"- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “The International Affairs” jurnalında dərc olunan “Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qa...

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...