Şəkidəki yanğın söndürüldü

Şəkidəki yanğın söndürüldü

Şəkidə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, rayonun Kiş kəndindən 8-9 km aralıqda, yüksək və mürəkkəb relyefli dağlıq ərazidə ötən gün günorta saatlarından başlayan yanğın bu gün səhər saatlarında söndürülüb. Hazırda ərazidə tam soyutma və kəşfiyyat işləri aparılır.

 

İlkin məlumata görə, yanğın 15 hektar sahəni əhatə edib. Ərazidə kol-kos, xəzəl, quru ot, xırda ağaclar, qurumuş ağac və kötükləri yanıb.

 

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq texnikaları, 60 nəfər canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının 30 nəfər şəxsi heyəti, Aviasiya dəstəsinin iki ədəd helikopteri həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 100-ə yaxın əməkdaşı cəlb edilib.


OXŞAR XƏBƏRLƏR

"Müharibənin bitməsi üçün tək atəşkəs yetmir"- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “The International Affairs” jurnalında dərc olunan “Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qa...

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...