Daşkəsəndə sel: Bir kəndlə əlaqə kəsildi

Daşkəsəndə sel: Bir kəndlə əlaqə kəsildi

Daşkəsəndə güclü yağış bir sıra fəsadlar törədib.

 

Sfera.az xəbər verir ki, axşam saatlarında yağan intensiv dolu və leysan yağış nəticəsində çaylarda sululuq artıb.

 

İntensiv dolu və leysan yağışları nəticəsində çay yataqlarında sel sularının kəskin artması hazırda Alaxançallı kəndi ilə rayon mərkəzi arasında yeganə əlaqə yaradan suötürücü keçidi tamamilə dağıdıb.

 

Qeyd edək ki iyunun 10-da baş vermiş eyni xarakterli təbii fəlakət Alaxançallı kəndinə ciddi ziyan vurmaqla kəndin 3 ədəd körpüsünü aparmış, yollarını yararsız vəziyyətə salmışdır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması çərçivəsində tez bir zamanda kəndlə əlaqəni bərpa etmək məqsədilə çay yatağında iridiametrli dəmir borulardan bir ədəd suötürücü keçid quraşdırılıb.

 

Sel sularının həmin suötürücünü aparması Alaxançallı kəndi ilə rayon mərkəzi arasında əlaqəni yenidən kəsilib.

 

Həmçinin intensiv dolu və sel suları rayonun Çanaxçı, Qaraqullar, Almalı, Suqovuşan və bir sıra yaşayış məntəqələrində şəxsi təsərrüfatlara, yol infrastrukturuna, fərdi yaşayış evlərinin dam örtüklərinə yenidən ciddi ziyan vurub.

 

Hazırda rayon ərazisində intensiv leysan yağışları ilə müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir.(APA)


OXŞAR XƏBƏRLƏR

Bank necə icazə verir ki, başqası adımıza kredit götürür?

“Ötən günlərdə bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha cidd...

Peterburqda ticarət mərkəzləri bağlanır

Mayın 9-da Sankt-Peterburqda ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.   Sfera.az xəbər verir ki, bu ...

Bu əlamətlər birinin sizi bəyəndiyini göstərir - Psixoloq rəyi

İntensiv göz təması və birgə vaxt keçirməyə can atmaq kişi və qadının bir-birinə olan romantik marağının ən geniş yayılmış əlamətlərindən hesab olunur.  A...

Şərurlu İsfəndiyar 1 milyon uduzdu

İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə "Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.   Sfera.az-ın Modern.az-a istinadən məlumatı...

"Müharibənin bitməsi üçün tək atəşkəs yetmir"- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “The International Affairs” jurnalında dərc olunan “Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qa...

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...