Azərbaycanda su anbarını ilanlar basdı:  İçməli su üçün TƏHLÜKƏ VARMI? - AÇIQLAMA

Azərbaycanda su anbarını ilanlar basdı:  İçməli su üçün TƏHLÜKƏ VARMI? - AÇIQLAMA

Ceyranbatan su anbarının sahillərində çoxlu sayda ilanlar peyda olub. Yerli sakinlər deyir ki, havaların istiləşməsindən sonra ətrafdakı ilanların sayı xeyli çoxalıb. Təbii ki, onların arasında xeyli sayda zəhərli ilanlar da var.

 

Sfera.az-ın Bizim.media-ya istinadən məlumatına görə, bu, yerli sakinləri, eləcə də digər vətəndaşlarımızı narahat edib.

 

Narahatlığın bir səbəbi ətrafdakı insanların sancmaq qorxusudursa, digər səbəbi Abşeron yarımadasının böyük hissəsini içməli su ilə təmin edən Ceyranbatan su anbarında suyun hansısa dərəcədə zəhərlənmə ehtimalıdır.

 

Sakinlərin deməsinə görə, ilanlarla bağlı su anbarının ətrafında hər hansı tədbir də görülmür.

 

Məsələ ilə bağlı sayt “Azərsu” ASC-nin mövqeyini öyrənmək istəyib. Lakin gün ərzində qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının telefonuna zəng çatmayıb.

 

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, professor Azər Maqsudova mütəxəssis rəyi almaq üçün müracət edilib. Azər Maqsudov narahatçılığa hər hansı bir əsasın olmadığını söyləyib: 

 

“İlanlar iki növə bölünür- suda və quruda yaşayanlar. Amma həm suda, həm də quruda yaşayan ilanlar suya heç bir toksiki maddə ifraz eləmir. Ona görə də su hövzələrində və onun kənarlarında ilanların yaşaması heç bir təhlükə yaratmır.

 

İlanlar yalnız təhlükə hiss edəndə hücum edir, qarşısındakını sancır, zəhərləyir. Amma qeyd olunan şəraitdə ilanlar heç bir təhlükə yaratmır. Su ilanları isə ümumiyyətlə qorxulu deyil. Ona görə də Ceyranbatan su anbarının ətrafında qeydə alınan ilanlar içməli su üçün heç bir təhlükə törətmir”.


OXŞAR XƏBƏRLƏR

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb.   Sfera.az xəbər verir ki, ...

Hindistan-Pakistan münaqişəsində günahkar Rusiyadır? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi müharibə yalnız Avropada deyil, digər geosiyasi bölgələrdə də güc balansını dəyişdirərək müxtəlif tərəflərin daha sərt mövqelər nümayi...

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə... - Həkim yayılan xəstəlikdən DANIŞDI

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə düşməyən, b...

Ölü insandan istifadə edirlər: Hollivud ulduzlarının qorxulu estetik tendensiyası - FOTO

Son dövrlərdə Hollivud ulduzları arasında sürətlə yayılan “Renuva” adlı estetik prosedur dünya mediasının və ictimaiyyətin diqqət mərkəzinə çevrilib...

Bayram günündə Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki...

Mayın 9-da Bakı-Sumqayıt-Bakı istiqamətində qatarlar şənbə günü qrafiki üzrə hərəkət edəcəklər.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan ...

Ermənistanda 9 polis həbs olundu

Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində 9 polis həbs olunub.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. &n...