Kürdəmirdə ağır qəza: İki hərbçi öldü

12:04 / 19.06.2022
10431
Kürdəmir rayonu ərazisdində ağır yol qəzası baş verib.
Sfera.az hadisə şahidlərinə istinadən xəbər verir ki, olay nəticəsində yüksək sürətlə hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək, “Azpetrol” MMC-yə məxsus yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sürücü və bir sərnişin aldıqları ağır bədən xəsarətindən ölüblər.
Xəsarət alan digər sərnişinin də vəziyyətiinin ağır olduğu bildirilir.
Ölənlərin hərbi qulluqçu olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.