Azərbaycanda toyda 12 nəfərdən çox adam zəhərləndi

Azərbaycanda toyda 12 nəfərdən çox adam zəhərləndi

Hacıqabulda toyda kütləvi zəhərlənmə baş verib.

 

Sfera.az "Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda keçirilən toy mərsimində 12 nəfərdən çox adamın halı qəflətən pisləşib. Bu barədə məlumat daxil olan kimi təcili yardım stansiyasının əməkdaşları hadisə yerində olub. Toyda zəhərlənən bir çox adama hadisə yerindəcə ilkin tibbi yardım göstərilib, bəziləri isə yardımdan imtina ediblər.

 

 

Hacıqabul sakinləri, 1962-ci il təvəllüdlü Rüstəmov İlham Həsən oğlu, 1984-cü il təvəllüdlü İbrahimova Gülnaz İsgəndər oğlu, Ağayeva Bəsti Müşfiq qızı və daha 9 nəfər Hacıqabul və Şirvan şəhər xəstəxanalarına çatdırılıb. Xəstəxanada onlara ilkin tibbi yardım göstərildikdən sonra sağlamlıq üçün elə bir ciddi təhlükə olmadığından ambulator müalicəyə buraxılıb.

 

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Bank necə icazə verir ki, başqası adımıza kredit götürür?

“Ötən günlərdə bank kartlarından kütləvi talamalar və bankların məsuliyyəti ilə bağlı yazıdan sonra daxil olan müraciətlər sektorda problemlərin daha cidd...

Peterburqda ticarət mərkəzləri bağlanır

Mayın 9-da Sankt-Peterburqda ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.   Sfera.az xəbər verir ki, bu ...

Bu əlamətlər birinin sizi bəyəndiyini göstərir - Psixoloq rəyi

İntensiv göz təması və birgə vaxt keçirməyə can atmaq kişi və qadının bir-birinə olan romantik marağının ən geniş yayılmış əlamətlərindən hesab olunur.  A...

Şərurlu İsfəndiyar 1 milyon uduzdu

İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə "Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.   Sfera.az-ın Modern.az-a istinadən məlumatı...

"Müharibənin bitməsi üçün tək atəşkəs yetmir"- Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov “The International Affairs” jurnalında dərc olunan “Rusiya və Vyetnam: 75 illik dostluq, etimad və qa...

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb - VİDEO

Su borcunu tam ödəyə bilməyənlərə hissəli ödəniş imkanı yaradılıb.   Sfera.az xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və...