Təhsil nazirindən kompüter əsaslı imtahanlarla bağlı AÇIQLAMA

Təhsil
13:00 / 10.06.2022
6480
“Yəqin ki, yavaş-yavaş kağız imtahanlardan kompüter əsaslı imtahanlara keçilə bilər. Hesab edirəm ki, biz buna hazırıq”.
Sfera.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, kompüter əsaslı imtahan kağızdakı sualı kompüterə çıxarma deyil: “Artıq bunu etməyin vaxtı çatıb. Bizim uşaqlarımızın da qiymətləndirməyə gələndə ilk dəfə kompüter görməsi düzgün deyil. Məktəblərimizdə kompüterlərin də sayı günü-gündən artır. Hesab edirəm ki, bu istiqamətdə bir yerdə əməkdaşlıq edə bilərik”.