Azərbaycanda yeniyetmə qız faciəvi şəkildə öldü
17:19 / 21.08.2016
2137
Sabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.
Hüquq-mühafizə orqanları araşdırma aparır.