Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ
ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.
 
Sfera.az xəbər verir ki, sözügedən dərmanın istifadəsindən sonra insanlarda yenidən virusun yaranma ehtimalı müəyyən edilib. 
Tədqiqat qrupundakı həkimlər, Paxlovidin beş günlük qəbulunu tamamladıqdan bir neçə gün sonra təkrarlanan COVID-19 simptomları barədə insanlara xəbərdarlıq ediblər. 

Qeyd edək ki, ABŞ hökuməti 20 milyon insanın müalicəsi üçün Pfizer-dən Paxlovid həbləri almışdı və bunun üçün əczaçılıq şirkətinə 10 milyard dollardan çox pul ödəmişdi.

Əzizə Zeynal 
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1