Novruz bayramında koronavirus RİSKİ: Yoluxma artacaq? - İnfeksionist açıqladı

Novruz bayramında koronavirus RİSKİ: Yoluxma artacaq? - İnfeksionist açıqladı
Bayram ərəfəsində müxtəlif şənliklərin keçirilməsi, gediş-gəliş məsələsi aktuallaşır. Buna görə də insanlar arasında yaxın təmas digər günlərə nisbətdə daha çox olur. Bu isə pandemiyanın davam etdiyi dövrdə bir qədər riskli məsələdir. 

Bu il Novruz bayramı yoluxma sayına təsir edəcək? 

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist İlham Namazov bayram günlərində yoluxma sayının arta biləcəyini, lakin bunun təhlükəli hal almayacağını deyib: 
 
"Bayramda gediş-gəliş çoxaldığı üçün koronavirusa yoluxmanın artması normal haldır. Lakin indiki məqamda ölkəmizdə koronavirusa qarşı buster dozadan istifadə edildiyi üçün yoluxmanın çox olması və ağırlaşmaların olması real görünmür. Artıq insanlarda xəstəliyə qarşı immun sistemi formalaşıb və vaksinasiya bunu gücləndirib. Hər kəs məsuliyyyətini dərk edib qoruyucu maskalardan istifadə etsə və sosial məsafəni gözləsə qısa müddətdə pandemiyanın sonlanmasına şahidlik edəcəyik”. 

İnfeksionist bayramlarda rayonlara getməyin təhlükəli olduğunu deyib:
 
"Adətən bayramlarda şəhərdən rayon, kənd bölgələrinə ciddi axın olur. Virusa yoluxma ehtimalını nəzərə alaraq bu il də bu məsələdə diqqətli olsaq daha yaxşıdır. Düşünürəm ki, növbəti il, növbəti bayramda belə riskli vəziyyət olmayacaq. Nəzərə almaq lazımdır ki, mutasiyadan sonra yeni yaranan ştamlar özünə yeni xüsusiyyətlər də qazanır. Yeni ştamların yaranmaması və yayılmaması üçün bir qədər diqqətli olmaq lazımdır”. 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...