Üç nəhəng ölkədən Rusiyaya ZƏRBƏ: Ukraynaya hücum edəndə mənimlə məsləhətləşmişdin? – Şərh

Üç nəhəng ölkədən Rusiyaya ZƏRBƏ: Ukraynaya hücum edəndə mənimlə məsləhətləşmişdin? – Şərh
"Rusiyanın müxtəlif ölkələrə satdığı əsas iki məhsulu var – neft və qaz. Rusiyanın əsas gəliri bu iki məhsulun satışından əldə edilir. Ancaq ABŞ Rusiyanı bundan məhrum etməyə çalışır”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 
 
Politoloq bildirib ki, ABŞ neftlə zəngin Venesuella ilə danışıqlara başlayıb. 

"Venesuellanın paytaxtı Karakasa Amerikadan nümayəndə heyəti gedib. Amerika Rusiyaya sərtləşdirdiyi sanksiyalar fonunda Venesuallaya tətbiq etdiyi sanksiyanı yumşaltmağa hazırlaşır. Bu baş verərsə Venesuealla neft istehsalını indikindən 50 faiz artıra bilər. Amerikanın sanksiyalarına qədər Venesuellada gündəlik 3 milyon barel neft istehsal edirdi. Sanksiyadan sonra bu rəqəm 800 min barelə düşüb. Ona görə də iqtisadi vəziyyətinə ağır olan Veneseulla üçün sanksiyaların ortadan qaldırılması və ya yumşaldılması həyati vacibdir. Bu başda ABŞ olmaqla müxtəlif ölkələrə Rusiya neftindən imtina edib Veneseualladan neft almağa yönəldə bilər. Venesuella Vaşinqtonun sanksiyaları yumşaltmaq istəyi qarşılığında ABŞ-ın iki vətəndaşını həbsxanadan azad edib. Ağ Ev Karakasın bu jestini yüksək qiymətləndirib. Kreml son illərdə Venesuellanın lideri Maduro ilə sıx əlaqələr quraraq bu ölkədə hərbi baza formalaşdırmağı planlaşdırırdı. Ancaq Maduro neftini satıb vətəndaşlarının sosial durumunu normallaşdırmaq istəyir. Ona görə də Karakas Rusiya ilə strateji tərəfdaşlığı Amerikanın sanksiyalarını yumşaltmaq qərarına qurban verməyə hazırdır”.
 
Politoloqun sözlərinə görə, Vaşinqton İrana qarşı da sanksiyaların yumşaldılması barədə düşünür:  
 
"Əlbəttə, Ağ Ev İranla bağlı qərarını qısa müddətdə dəyişməyəcək. Ancaq Vaşinqton Tehrana qarşı sanksiyalarını bir qədər yumşaldarsa, İran dünya bazarına kifayət qədər neft çıxara bilər. İran Prezidenti İbrahim Rəisi də mövcud vəziyyəti qiymətləndirərək dünya bazarına indikindən daha çox neft sata biləcəyini açıqlayıb. Veneseulla kimi İranın da Rusiya ilə tərəfdaşlıq münasibətləri var. Ancaq Karakas kimi Tehran da ilk növbədə ölkə iqtisadiyyatını, vətəndaşların sosial durumunu yaxşılaşdırmağı düşünmək məcburiyyətindədir”.
 
E. Şahinoğlu hesab edir ki, Rusiya növbəti zərbəni dostu Çindən alıb:
 
"Kreml Qərbin sanksiyaları fonunda Qərb ölkələrinə sata bilmədiyi nefti Çinə satmağı planlaşdırırdı. Ancaq Çin Qərbin sanksiyalarından ehtiyat edir. Ona görə də Pekin "müvəqqəti” adı altında Rusiyadan neft alışını dayandırıb. Pekini anlamaq olar. Rusiya neftinin alışına görə maliyyə vəsatinin bank üzərindən ödənişi problematikdir. Çünki Rusiyanın əsas bankları sanksiya altındadır. O biri tərəfdən Çin neftə olan tələbatının əsas hissəsini illərdir ərəb ölkələrindən və İrandan alır. 
 
Bu arada, Çin Rusiya təyyarələri üçün detalların satışını da dayandırıb. Bunun da səbəbi eynidir. Çin Qərb ölkələrinin sanksiyalarından ehtiyat edir. Çinin imtinaları Rusiyanı daha ağır vəziyyətə sürükləyəcək. Ancaq Kremlin Pekinə etiraz etməyə haqqı yoxdur. Pekin ən azı Kremlə bunu deyə bilər: "Ukraynaya hücum edərkən mənimlə məsləhətləşmişdin?”.
 
Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Xəstəxanalardakı uzun növbələrə çarə - VİDEO

Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.   Sfe...

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib...

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verir...

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....