Qarşıdakı 10 gündə Üçüncü Dünya müharibəsi başlaya bilər - Rusiya bu iki ssenaridən birini seçəcək

Qarşıdakı 10 gündə Üçüncü Dünya müharibəsi başlaya bilər - Rusiya bu iki ssenaridən birini seçəcək
"Dünən Antalyada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya və Ukraynadan olan həmkarları ilə keçirilən üçtərəfli görüş istənilən nəticəni verməyib. Həm Lavrov, həm də Kuleba atəşkəsin gündəmdə olmadığını bildirib. Təbii ki, hər iki tərəf digərini ittiham edib”.
 
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları mərkəzinin eksperti Kənan Novruzov deyib.  Onun sözlərinə görə, döyüşlər daha bir neçə gün davam edəcək:

"Amma bəzilərinin düşündüyü kimi, müharibənin uzun müddət çəkəcəyini ehtimal etmirəm. İndi ən kritik günlər, pik həddir.  İki ssenari mümkündür. Əgər Rusiya, həqiqətən, Ukraynanı işğal etmək istəyirsə, qarşıdakı günlərdə mümkün qədər sürətli davranmağa çalışacaq. Bunun üçün ən təhlükəli silahlardan, ən mənfur ritorikadan istifadə istisna deyil. Çünki zaman Kremlin əleyhinə işləyir. Qərbin tətbiq etdiyi sanksiyalar rəsmi Moskvanı getdikcə zəiflədir, işini çətinləşdirir. Kiyevin isə Avropa Birliyinə üzv olmaq məsələsi gündəmdədir”.

Müsahibimiz deyib ki, Rusiya bəlkə də, tarixdə ilk dəfə məğlub olmaq təhlükəsi ilə üz- üzədir və bu baxımdan ikinci variant gündəmə gəlir:

"Tərəflərin ən qısa zamanda konsesusa gəlməsi. Moskva və Kiyev ikitərəfli danışıqların növbəti raundlarında razılıq əldə bilərlər. Yaxud ola bilsin, Türkiyədə yenə üçtərəfli danışıqlar keçirilsin. Çavuşoğlunun dünən dediyi kimi, bunun liderlər səviyyəsində olması da mümkündür.  İstənilən halda qarşıdakı 10 gündə ciddi proseslər baş verəcək. Nə Rusiyanın, nə də Ukraynanın savaşı daha uzun müddət davam etdirməyə taqəti qalıb. Müharibə yalnız bir halda: hər iki tərəfə açıq dəstəyin göstəriləcəyi, başqa sözlə, münaqişə iştirakçılarının sayının artması şərti ilə mümkündür ki, bu da üçüncü dünya savaşı deməkdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...