Azərbaycan buğda istehsalını artıra bilməyib - RƏSMİ

Azərbaycan buğda istehsalını artıra bilməyib - RƏSMİ
Azərbaycanda buğda istehsalının artırılması məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq 2021-ci ildə də buğda istehsalında ciddi artım baş verməyib.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 1,885 milyon ton buğda istehsal edilib. Bu göstərici bir il əvvəlki dövrlə müqayisədə cəmi 18 ton və ya 0,96 faiz çoxdur.

2021-ci ildə buğda əkilən sahələr azalmışdı. Əvvəlki ildə 588,4 min hektar sahədə buğda əkildiyi halda, ötən il buğda əkilən sahələr bir qədər azaldılaraq 572,3 min hektar təşkil edib. Əkin sahəsinin azalmasına baxmayaraq, məhsuldarlığın artırılması hesabına istehsal əvvəlki ildəki səviyyədə olub. Belə ki, 2020-ci ildə məhsuldarlıq 31,7 sentner olduğu halda, 2021-ci ildə məhsuldarlıq 32,9 sentnerə yüksəlib.

Son illərdə buğda əkilən sahələrin kiçilməsi müşahidə edilir. 2009-cu ildə 808 min, 2013-cü ildə 689 min, 2019-cu ildə 670 min hektar sahədə buğda əkildiyi halda ötən il əkin sahələri xeyli azalıb.

Əkin sahələri azalsa da, məhsuldarlıqda artım olub. Məhsuldarlıq 2009-cu ildə 26,5 sentner, 2019-cu ildə 32,5 sentner olmuşdu.

Məhsuldarlığın artmasına baxmayaraq, əkin sahələrinin kiçilməsi buğda istehsalına azaldıcı təsir edib. Nəticədə 2019-cu ildə 2,171 milyon ton olan buğda istehsalı ötən il 1,88 milyon tona qədər geriləyib.

Qeyd edək ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3,3 milyon tondur. Ötənilki istehsal tələbatdan 1,42 milyon ton və ya 43 faiz azdır.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakı həbsxanasında saxlanılan Vardanyan aclığı DAYANDIRDI

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri” Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.   Sfera.az bildirir ki, bu b...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində İŞTİRAK EDƏCƏK

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayıb.   Sfera.az-ın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyev Berlində apre...

Bakıda evdə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyət...

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...