Müəllimlərin maaşı artmayacaq? – “Reallıq belədir ki…”

10:58 / 19.01.2022
676
"Orta ixtisas məktəblərini
bitirən müəllimlərin stajlarına görə 5 dərəcə üzrə ortalama stavkaları
yanvardan 562 manat, ali təhsilli müəllimlərinki isə 630 manata bərabərdir. Bu
da o deməkdir ki, ölkədə hazırda müəllimlərin stavkası, yəni 18 saata aldıqları
əmək haqqı ortalama 600 manatdır”.
Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran
Əsədov bildirib. Təhsil eksperti müəllimlərin dərs saatının aşağı olmasına diqqət
çəkib:
"Ölkədə 150-160
min arasında müəllim var. Məktəblərdə isə 75-80 min arasında sinif var. Demək
ortalama hər 2 müəllimə 1 sinif düşür. I-XI siniflərdə hər sinifdə olmasa da, dərsdənkənar
məşgələlərlə ən yaxşı halda 321 saat dərs var. Məktəblərdə dərs saatlarından
daha az əmək haqqı verilən dərnək saatlarını da nəzərə alsaq, lap deyək bu 11
sinifdə 330 saat dərs var. Bu da ortalama hər sinifdə 30 saat dərsin olması deməkdir.
Nəticə alırıq ki, bu gün hər müəllim ortalama bir stavkadan da az, ən yaxşı
halda 15 saat dərs deyir.
15 saat üçün
ortalama əmək haqqı və sinif rəhbərliyini də nəzərə alsaq, dövlət ödənişləri
çıxılmadan 520 manat edir. Artımdan sonra məcburi dövlət ödənişləri çıxıldıqdan
sonra isə ölkədə ortalama hər müəllim nağd şəkildə 400 manat ala biləcək. Bu o
deməkdir ki, ölkədə müəlimlər arasında median əmək haqqı, yəni müəllimlərin
yarısından çoxu minimum əmək haqqından cüzi miqdarda yüksək əmək haqqı ala
bilir və onların yarısından çoxunun dərs yükü 12 saatdan aşağıdır”.
K.Əsədov müəllimlərin
maaşının reallığa nəzər saldıqda artmayacağını deyib:
Əzizə Zeynal
Sfera.az