Gürcüstanın milli aviadaşıyıcısı satışa çıxarıldı

Gürcüstanın milli aviadaşıyıcısı satışa çıxarıldı
Gürcüstanın "Georgian Airways” aviaşirkəti 150 milyon dollara satılır.

Sfera.az xəbər verir ki, bu barədə şirkətin keçmiş baş direktoru Roman Bokeriyanın rəhbərlik etdiyi "Georgian Business Brokerage” şirkətinin bəyanatında deyilir.

Bir müddət əvvəl "Georgian Airways”in müflisləşməsi və reabilitasiyası elan edilib. Məlum olub ki, şirkətin 16 min sərnişinə və onlarla başqa şirkətə 176 milyon lari borcu var. Tbilisi Şəhər Məhkəməsi Gürcüstan aviadaşıyıcısı üçün iflas/reabilitasiya prosedurunun başlanması barədə qərar qəbul edib.

İctimai reyestr səhifəsində dərc olunan məhkəmə qərarına əsasən, aviaşirkətin maliyyə böhranına koronavirus və sərhədlərin bağlanması səbəb olub.

Həmçinin məhkəmə qərarında deyilir ki, "Georgian Airways” rəhbərliyinin şirkətin sağlamlaşdırılması layihəsi var. Xüsusilə, şirkət gəlirli istiqamətlərə uçuşlarını davam etdirmək niyyətindədir ki, bu da onun fəaliyyətinə zəmanət verəcək.

Qeyd edək ki, Gürcüstan qanunlarına görə, xarici investor yerli aviaşirkətin 49%-dən çoxuna sahib ola bilməz.

"Airzena” 1993-cü ilin sentyabrında yaradılıb və 1999-cu ildə Gürcüstanın milli aviadaşıyıcısı statusu alıb. 2004-cü ilin avqustunda "Airzena”nın adı dəyişdirilərək "Georgian Airways” olub.

Bu gün "Georgian Airways” tamamilə özəl şirkətdir. Aviaşirkətdə ən böyük pay - 80% olmaqla biznesmen David Qayaşviliyə, şirkətin 20%-i isə Eter Qayaşvili (90%) və Sofio Qventsadzeyə (10%) məxsus "Georgia Air Service" MMC-yə məxsusdur.

Onun aviasiya donanması orta məsafəli "Boeing 737”, "Embraer” və CRJ təyyarələrindən ibarətdir.

OXŞAR XƏBƏRLƏR

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...