Könül Kərimova dəbdəbəli evini nümayiş etdirdi - VİDEO

17:07 / 05.01.2022
1220
Əməkdar artist Könül Kərimova dəbdəbəli evi ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, "Evdəkilərə salam" verilişinin komandası sənətçinin 4 mərtəbəli evində qonaq olub. Verilişdə ifaçının anası və oğlu Rəşad da yer alıb.
Könül Kərimovanın qonaqları arasında aparıcı Lamiyyə Ələkbərova, Xalq artisti Niyaməddin Musayev və müğənni Cabbar Musayev də yer alıblar.
İfaçının 4 mərtəbəli villası genişliyi ilə göz oxşayıb. Kərimova səs-küyü sevmədiyindən dəbdəbəli evini 2016-cı ildən satışa çıxarıb.