“Rossiya -1” telekanalının operatoru güllələndi
Dünya
20:48 / 21.07.2016
1903
"Rossiya-1” telekanalının operatoru Moskvada mənzilində ölü tapılıb.
Sfera.az xəbər verir ki, bu haqda "360” telekanalı məlumat yayıb. Operatorun bədənində beş güllə yarası aşkarlanıb. Onlardan üçü başa dəyib. Onun adı açıqlanmır.
İlkin versiyaya görə, kanalın əməkdaşı 19 iyulda gecə ölüb. Telekanalın məlumatına görə, onun meyitini birinci nikahdan olan oğlu aşkarlayıb.