Toy gecəsi nə üçün gərdəyə girilməlidir? - FOTO
21:56 / 20.07.2016
6477
Toy gecəsi nə üçün gərdəyə girilməlidir?
Uzun illər xəyalını qurduğunuz xoşbəxt evliliyin ilk aktı olan gərdək gecəsi hər zaman gənc qızların ağlında sual işarəsi və qorxu yaradır.
Gərdək gecəsi ər və arvadın ilk dəfə bir araya gəldikləri gecəyə verilən addır. Bu gecənin əsas və mühüm xüsusiyyəti qadın və kişi arasındakı maddi və mənəvi məxfiliyin ortadan qalxacağı gecə olmasından irəli gəlir.
Çünki o ana qədər ayrı həyatlara malik iki şəxs artıq bir-birlərinə daha da yaxınlaşaraq eyni evi paylaşırlar.
Gərdək gecəsi iki cinsin bir-birlərini fiziki olaraq qavramasıdır. Bu münasibət eyni anda, mənəvi və emosional bir vəhdətin də başlanğıcı olur. Yetkinlik vəziyyətini keçən cütlük, bu andan sonrakı ev və sosial həyatlarını müəyyən edilmiş meyar və planlar daxilində getmiş olacaqlar. Bunun üçün də toy gecəsi mövzusu son dərəcə mühüm və ciddi məsuliyyətlərlə dolu bir ömrün başlanğıc anıdır.
Evli cütlük birlikdə yaşayacaqları bir ömürdə bir-biriləri üçün hiss etdiklərini, fikirlərini açıq şəkildə bildirəcək, gözlədiyi hərəkət və davranışlardan danışacaqdır.
Həmçinin gərdək gecəsi, İslami bir hadisədir. Çünki gərdək gecəsinə girən kişi və qadın İsalmi dəyərlərə uyğun bir şəkildə ailə həyatı qururlar.
Sfera.az //
Aytac salahova