Müəllimlərin 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub

Təhsil
13:47 / 02.12.2021
695
"Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan pedaqoji heyətin təxminən 90 mindən çoxu koronavirus əleyhinə peyvəndin üçüncü dozasını vurdurub".
Sfera.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün istər təhsildə, istərsə də digər sahələrdə iştirakçılıq təmin olunursa, bu, əhalinin kütləvi vaksinasiyası nəticəsində mümkün olub: "İl yarım bundan əvvəl ölkədə gün ərzində yoluxma sayı 5 mindən yüksək olanda problemlər yaşayırdıq. Lakin indiki vəziyyətdə məktəblərdə, yaxud ali təhsil müəssisələrində ənənəvi tədrisi davam etdiririk".