Artıq bu şəxslər də ödənişsiz təhsil ala biləcək – Ekspert

11:00 / 30.11.2021
745
Növbəti tədris
ilində dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının
17 % artırılaraq 110 min 834 nəfərə çatdırılması nəzərdə tutulur.
Maraqlıdır, bundan
sonra ixtisasların keçid balı aşağı düşə bilərmi? Plan hansı şəkildə tənzimlənəcək?
Mövzu ilə bağlı
Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov abituriyentlər üçün tələbə
olmaq şansının ildən-ilə artırıldığını və bu prosesin davamlı olacağını
bildirib:
"İlk növbədə qeyd edim ki, 2019-2020-ci tədris ili üçün
dövlət sifarişli yerlərin sayı 20 min 500-ə çatdırılıb. Hazırda
bakalavr pilləsində təhsil alan 164 min tələbənin 31 faizi ödənişsiz, 69 faizi
ödənişli əsaslarla oxuyur. 2018-ci
ildə 12 min tələbə pulsuz təhsil alırdısa, 2019-cu ildə 21 min, yəni 45 faiz olub. 2021-ci ildə
isə plan yerlərinin 50 faizi dövlət sifarişli plan yerləri olub.
Təəssüf ki, son
5 ildə 7 mindən çox tələbə ödəniş edə bilmədiyi üçün təhsili yarımçıq qoyub. Bu,
təhsilli işçi qüvvəsinin itirilməsi deməkdir. Ona görə ödənişsiz təhsil yerlərinin
sayını artırmaqla insanları təhsilə cəlb etmək olacaq. Hazırda Azərbaycanda 10
milyon vətəndaşın cəmi 17 faizi ali təhsillidir, yəni hər
min nəfərdən 124 nəfəri. Bu isə dünya standartlarından aşağıdır”.
Ekspert fiziki məhdudiyyəti olan şəxslərin də ödənişsiz
təhsil ala biləcəyini deyib:
"Bundan
başqa, bildiyiniz kimi ölkə prezidenti İlham Əliyev 2019-cu ilin əvvəlində ali
təhsil müəssisələrində ödənişsiz plan yerlərinin 50 faizə çatdırılması barədə sərəncam
imzalmışdı. Bundan sonra isə I və II qrup əlilliyi olan şəxslərin təhsil
haqqından azad edilməsi ödənişsiz təhsil alanların sayına kəskin şəkildə təsir
göstərəcək. Vacib bir məqamı qeyd edim ki, hazırda ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin
illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait
tələb olunur.
Bilirsiz
ki, bu kateqoriyadan olan şəxslər var idi ki, onlar maddi imkanları olmadığı
üçün ali təhsil ala bilmirdilər. Amma bundan sonra fiziki məhdudiyyətli şəxslər
də ödənişsiz ali təhsil ala biləcəklər və onların cəmiyyətə adaptasiyası
baxımından bu, olduqca müsbət addımdır.
Hazırda
ölkəmizdə 124 min tələbə ödənişli əsaslarla təhsil alır. 2022-ci
ildə daha çox plan yerinin pulsuz olması ali təhsilin əlçatanlılığına müsbət təsir
göstərəcək”.