Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

Təhsil
10:50 / 30.11.2021
624
Bakının 79 və 185 nömrəli tam orta məktəblərində əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sfera.az-a verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.