Təhsil kreditindən bu tələbələr yararlana biləcək

Təhsil kreditindən bu tələbələr yararlana biləcək
"Təhsil tələbə kreditindən tələbələrimiz normativ təhsil müddətində istifadə edə biləcəklər. Bu müddəti aşan tələbələr o hüquqdan istifadə edə bilməyəcəklər. Bu tələbələr əyani və ödənişli təhsil almalıdırlar. Kredit semestr üzrə veriləcək. Və o tələbələrə veriləcək ki, onların akademik borcu olmasın. Bu kredit sığortalanır. Kreditlər banklar vasitəsilə və Azərbaycan manatı ilə veriləcək. Ali təhsilin bakalavr, magistr, orta ixtisas və peşə səviyyəsində təhsil alanlar bundan yararlana biləcəklər”.

Sfera.az  xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təhsil nazirinin müavini İdris İsayev bildirib. 

O qeyd edib ki, təhsil tələbə kreditinin sosial və standart növü var. Birinci növ kreditlər sosial həssas qrupa aid tələbələrə yönəlib. Bu tələbələr ünvanlı sosial yardım alan ailənin üzvü olmalı, III qrup əlillik dərəcəsi olmalı və ya hər iki valideyni bu kateqoriyalardan birinə aid olmalıdır: işsiz olanlar, I və II qrup əlil olanlar və yaşa görə sosial müavinət və pensiya alanlar.

Nazir müavini, həmçinin bildirib ki, standart kredit alanlar iki şərti ödəməlidirlər: "Semestr üzrə müvəffəqiyyət göstəriciləri 71 baldan yüksək olmalı və illik təhsil haqqının 20 faizini ödəməlidirlər. Əgər tələbə bakalavrda təhsil alırsa və birinci semestrdə kredit əldə etmək istəyirsə, qəbul balı 300 və daha yuxarı olmalıdır.

Magistraturada bu bal 50-100 aralığında, subbakalavrda isə 110-300 aralığındadır”.

İ. İsayev qeyd edib ki, sosial təhsil krediti götürən tələbələrin müvəffəqiyyət göstəricisi həmin semestr üçün 71 baldan yüksəksdirsə, ona götürdüyü kreditə görə faiz hesablanmayacaq. Bütün təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yuxarı olubsa, ona kreditin və hesablanmış faizlərin 50 faizi güzəşt olunacaq. Tələbə standart kredit götürübsə və balı semetr üçün 91 baldan yuxarıdırsa, ona faiz hesablanmayacaq. Normativ təhsil müddətində müvəffəqiyyət göstəricisi 91 baldan yüksəkdirsə, götürdüyü məbləğin 25 faizi bağışlanacaq.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 266 mindən artıq tələbə təhsil alır, onlardan 246 min nəfəri əyanidir. 146 min tələbə isə ödənişli əsaslarla təhsil alır. Onların heç də hamısının təhsil haqqını özləri qarşılamırlar. Bu tələbələrdən ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağı olanları  çıxsaq, 56  min 200 tələbənin kredit üçün müraciət etməsi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...