BDU tələbələri üçün yeni yataqxanalar tikiləcək

Təhsil
14:30 / 24.11.2021
733
Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində işlər aparılır.
Sfera.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib.
Rektor qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müasir səviyyədə tələbə şəhərciyinin salınması layihəsi üzərində işlənilir.
"Orada nəinki BDU tələbələrini, hətta yaxınlıqdakı digər universitetlərin də tələbələrini təmin etmək imkanımız olacaq", - deyə rektor qeyd edib.