Bakıda daha bir məktəb distant təhsilə keçdi

Təhsil
15:44 / 01.11.2021
879
Paytaxtdakı 47 nömrəli tam orta məktəbin fəaliyyəti distant formada davam edəcək.
Sfera.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən azxeber.com-un sorğusuna cavab olaraq bildirilib ki, məktəbin 25 şagird və dörd müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 47 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.
Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə dərslərin distant formaya keçirilməsi barədə məlumat vermişdik.