Azərbaycanlı müğənni Litvanın “X faktor” layihəsində

Azərbaycanlı müğənni Litvanın “X faktor” layihəsində

 

Litvanın "X faktor” televiziya müsabiqəsində 30 yaşlı azərbaycanlı rok-musiqiçi Vüsal Rzasoy iştirak edir. 

Sfera.az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.

Azərbaycanı təmsil edən gənc musiqiçi müsabiqədə öz mahnılarını Azərbaycan, ingilis və hətta Litva dilində ifa edir. "X faktor” müsabiqəsi üçün o, ingilis dilində "Now is the time” və "A tired man” adlı iki mahnı yazıb.

Avqustun 3-də baş tutacaq müsabiqənin növbəti mərhələsində V.Rzasoy Azərbaycan dilində "Məhsəti və bir” mahnısını tamaşaçılara təqdim edəcək.

V.Rzasoy deyir ki, Litva müsabiqənin münsiflər heyətinə tanınmış caz müğənnisi Yuste Arlauskayte-Yazzu daxildir və azərbaycanlı musiqiçi onun komandasına düşmək istəyir.

Bu gün Vüsal özünü aktyor kimi sınayır, model işləyir, şeir və hekayələr yazır.


OXŞAR XƏBƏRLƏR