Şahzadə məşhur İngiltərə klubunu almaq istəyir - Britaniya və Ərəbistan qarşı-qarşıya

11:43 / 16.04.2021
1482
Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Böyük Britaniya Baş naziri Boris Consondan "Newcastle United”in satışına müdaxilə etməsini istəyib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata əsasən gözlərini "Newcastle United” klubuna dikən Səudiyyə şahzadəsi Premyer Liqa rəhbərliyinin bunun qarşısını almağa davam edəcəyi təqdirdə iki ölkə arasındakı münasibətlərin pisləşə biləcəyini bildirib. O, bu məqsədlə Boris Consona xəbərdarlıq edib.
Qeyd edək ki, Premyer Liqa rəhbərliyi dövlət dəstəkli olması səbəbilə "Newcastle United” klubunun satın alınmasını rədd edib. Bu qərarla razılaşmayan Məhəmməd ibn Salman B. Consona, "İngiltərə Premyer Liqasının verdiyi qərarı nəzərdən keçirərək düzəltməsini gözləyirik", - mesajını göndərib. Baş nazir isə köməkçilərindən ləğv olunmuş satınalma işlərinin araşdırılmasını istəyib.
İnci
Sfera.az