Monteneqroda iki Azərbaycanlı BIÇAQLANDI

Monteneqroda iki Azərbaycanlı BIÇAQLANDI

Monteneqronun Ulçin şəhərində Azərbaycan vətəndaşı bıçaq xəsarəti alıb.

 

Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, yerli polis idarəsinin verdiyi məlumata görə, 34 yaşlı A.M. və 39 yaşlı C.A. şəhər bələdiyyəsinin ərazisində yerləşən evlərdən birində soyuq silahla hücuma məruz qalıblar.

 

Polis əməkdaşları hadisə barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gələrək zəruri operativ tədbirlər görüblər.

 

“Azərbaycan vətəndaşları A.M. (34 yaş) və C.A. (39 yaş) hələlik şəxsiyyəti müəyyən olunmamış şəxslər tərəfindən edilən hücum nəticəsində bıçaq xəsarətləri alıblar. Cinayəti törətdikdən sonra hücum edənlər hadisə yerindən qaçıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün Bar şəhər xəstəxanasına yerləşdiriliblər,” – deyə polis idarəsinin bəyanatında qeyd olunub.

 

Hadisə barədə Podqoritsadakı Ali Dövlət Prokurorluğunun prokuroru da məlumatlandırılıb.

 

"Cənub Regional Təhlükəsizlik Mərkəzinin və Ulçin şəhər təhlükəsizlik idarəsinin əməkdaşları hadisənin bütün təfərrüatlarını araşdırmaq, həmçinin bu cinayəti törətmiş şəxslərin şəxsiyyətini, yerini müəyyənləşdirmək və onları saxlayaraq məsuliyyətə cəlb etmək üçün təcili tədbirlər görürlər” – deyə idarədən əlavə edilib.

 

Yaralılar təcili tibbi yardım göstərilməsi üçün yerli xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti və Monteneqroda qalma məqsədləri barədə məlumat hələlik açıqlanmır.

 

Qeyd edək ki, Monteneqro bir sıra transmillİ cinayətkar qruplaşmaların fəaliyyət göstərdiyi Balkan ölkələri sırasındadır.


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...