İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, dövlətimizə tərəqqi və rifah arzularını çatdırıb.

 

Dövlətimizin başçısı da öz növbəsində Pakistan Prezidentini və xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək, Pakistan xalqına səadət, inkişaf və firavanlıq arzulayıb.


Azərbaycan Prezidenti və Pakistanın Baş naziri bir neçə gün əvvəl Laçında keçirilmiş ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında üçtərəfli görüşləri və bu görüşlər əsnasında aparılmış müzakirələri məmnunluqla xatırlayaraq, bütün bunların ölkələrimiz arasında əlaqələrin inkişafına daha da təkan verdiyini qeyd ediblər.

 

Telefon söhbəti zamanı Azərbaycanla Pakistan arasında ikitərəfli iqtisadi, ticari, enerji, sənaye, hərbi, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) bu ilin yayında Azərbaycanın Xankəndi şəhərində keçiriləcək Sammitinin əhəmiyyətinə toxunularaq, bu tədbirin üzv dövlətlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

 

Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...

Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım -FOTO

Azərbaycan Prezidenti İlham Əliyev “X”dəki hesabında 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim ...