“Sputnik V”dən Argentina Prezidentinin yoluxmasına reaksiya

“Sputnik V”dən Argentina Prezidentinin yoluxmasına reaksiya
Rusiyanın "Sputnik V” peyvəndinin inkişaf etdirildiyi Qamaleya İnstitutu Argentina Prezidenti Alberto Fernandesin koronavirusa yoluxmasına münasibət bildirib.

Sfera.az xəbər verir ki, Prezidentin yoluxma ilə bağlı tvitterdə paylaşımını şərh edən "Sputnik V" səhifəsi peyvəndin xəstəliyin ağırlaşmasından qoruyacağını bildirib.

"Bunu eşitdiyimiz üçün üzülürük. "Sputnik V" infeksiyaya qarşı 91,6% ağır vəziyyətlərə qarşı 100% təsirlidir. Əgər infeksiya həqiqətən təsdiqlənərsə və baş verərsə, peyvənd ciddi simptomlar olmadan sürətli sağalma təmin edəcək. Tez bir zamanda sağalmağınızı diləyirik!",-deyə şərhdə qeyd olunub.

Qeyd edək ki, daha əvvəl Alberto Fernandes koronavirus antigen testinin müsbət nəticələndiyini açıqlamışdı. O, yanvarın 21-də koronavirusa qarşı Rusiya istehsalı "Sputnik V” ilə peyvənd olunmuşdu.

OXŞAR XƏBƏRLƏR