Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - PROQNOZ

Bakıda yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - PROQNOZ

Mayın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO

30 ildən çox düşmən əsarətində qalan torpaqlarımızda indi həyat yenidən canlanır. Bir vaxtlar 18 may tariximizə qara hərflərlə, yəni Laçının işğal günü kimi yaz...

Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ştatlara səf...

Xoşbəxt cütlüklərin heç vaxt etmədiyi 6 ADDIM

Xoşbəxt münasibətlər harmoniyanı qorumağa və ümumi səhvlərdən qaçmağa kömək edən müəyyən prinsiplərə malikdir.   Sfera.az lent.az-a istinadən&nb...

Əyyar İmanov qəfil vəfat etdi - FOTO

Rusiyada yaşayan gənc azərbaycanlı biznesmen qəfil vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial ş...

Bu ölkədə temperatur 47 dərəcəni keçdi - Xəbərdarlıq

Hindistanın şimalında yüksək temperaturla əlaqədar paytaxt Yeni Dehli və ətraf əyalətlərdə xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu barədə H...

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunu qazandı

Azərbaycan idmançısı Eduard Məmmədov Türkiyənin İstanbul şəhərində kikboksinqin WAKO versiyası üzrə Dünya Kubokunu qazanıb.   Sfera.az xəbər ver...