Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirildi - FOTOLAR/VİDEO

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirildi - FOTOLAR/VİDEO
Ümummilli Lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncama əsasən hər il mart ayının 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş və məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi yad edilmiş, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur. Həmçinin Azərbaycan dövlətçiliyinin qorunması və torpaqlarının azadlığı naminə mübarizədə həlak olmuş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi hörmətlə anılmış, məzarları üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai və Suraxanı rayon idarələrinin (Rİ) yeni inzibati binalarının təntənəli açılışı olmuşdur.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, DTX-nin kollegiya üzvləri, qeyd olunan rayon idarələrinin şəxsi heyətləri, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov iştirak etmişlər.

Müasir standartlara və üsluba uyğun inşa edilmiş yeni tikililərin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.

General-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı rayon idarələrinin yeni inzibati binalarının istifadəyə verilməsinə, ərazi orqanları əməkdaşlarının əməliyyat-xidməti fəaliyyətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün davamlı olaraq yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev DTX-nin Xətai və Suraxanı Rİ-nin şəxsi heyətinə tövsiyə və tapşırıqlarını vermiş, əməkdaşları bir daha təbrik edərək onlara xidməti fəaliyyətlərində uğurlar arzulamışdır.
 


OXŞAR XƏBƏRLƏR

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından ÇIXDI

Ankara-Yüksekova reysini həyata keçirən “AJet” Hava Yollarına məxsus sərnişin təyyarəsi Yüksekova Səlahəddin Əyyubi Hava Limanına endikdən sonra güc...

Uşaqları və özümüzü qripdən necə qoruyaq? - TƏBİB-dən vətəndaşlara ÇAĞIRIŞ

Payız mövsümündə bir çox infeksiyalar aktivləşir. Havalar soyuduqca bədənin müqaviməti azalır və orqanizm zəiflədiyi üçün xəstəliklərə yoluxma riski də artır. ...