Türk silahı "ən yaxşı" seçildi: İsveçrə və Almaniya tapançalarını geridə qoydu - FOTO/VİDEO

Türk silahı
Amerikanın nüfuzlu "Tactical Retailer" jurnalı Türkiyənin "Sarsılmaz" şirkəti tərəfindən istehsal olunan SAR 9 tapançasının yeni versiyalarını "oxucuların seçimi” kateqoriyasında "ən yaxşı silah" seçib.
 
Sfera.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu, tapançanın ikinci böyük uğurudur.

Bildirilir ki, SAR 9 tapançaları Türkiyə Müdafiə Sənayesi Katibliyinin "Orijinal yerli tapançanın hazırlanması" layihəsi çərçivəsində daxili təhlükəsizlik qüvvələri üçün hazırlanıb. Silah Silahlı Qüvvələrdə və Türk Polis İdarəsində bütün sınaqlardan uğurla keçib.

Agentlik əlavə edir ki, "Tactical Retailer" jurnalının "oxucu seçimi" kateqoriyasında ikinci və üçüncü yerləri İsveçrə-Almaniya istehsalı olan "Sig Sauer" və Avstriya istehsalı olan "Glock" tapançaları tutub. 

Qeyd edək ki, yanvar ayının əvvəlində SAR tapançasının 9X konfiqurasiyası ABŞ-ın nüfuzlu "On Target" jurnalı tərəfindən "redaktor seçimi” kateqoriyasında "ən yaxşı silah" seçilmişdi.

SAR 9-dan 50 min dəfə atəş açılıb, silah bütün sınaqlardan uğurla keçib. Yüngül olması və hər cür hava şəraitində asanlıqla vəzifəsinin öhdəsindən gəlməsi də tapançanın üstünlükləri arasında göstərilir. 
 
Tərcümə: Selcan
Sfera.az

OXŞAR XƏBƏRLƏR