Gürcüstan XİN başçısı koronavirusa yoluxdu

Dünya
21:04 / 26.01.2021
1906
Gürcüstanın xarici işlər naziri David Zalkalianinin koronavirusa yoluxduğu təsdiqlənib.
Sfera.az xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkədə məlumat yayıb.
D.Zalkaliani özünü hazırda yaxşı hiss etdiyini və ev şəraitində müalicə olunduğunu qeyd edib.
XİN başçısı COVID-19-a yoluxan şəxslə təmasda olduğunu bildirib.