Türkiyə sualtı qayığı yerli raketin sınaq atışını keçirdi - VİDEO

15:21 / 25.01.2021
1120
Türkiyə Hərbi-Dəniz Qüvvələrinə məxsus "Gür" (S-334) sualtı qayığından Türkiyə istehsalı olan AKYA raketinin sınaq atışı keçirilib.
Sfera.az-ın məlumatına görə, atış Mərmərə dənizində baş tutub.
Türkiyə Milli Müdafiə Nazirliyi öz bəyanatında həmin raketlərin bütün "Gür" sinifli sualtı qayıqlara inteqrasiya olunacağını bildirib.
Qeyd olunur ki, 2021-ci ildə AKYA raketlərinin seriyalı istehsalına başlanması planlaşdırılır.