Fransada qıtlıq panikası: İndidən yay üçün dondurma alırlar

Fransada qıtlıq panikası: İndidən yay üçün dondurma alırlar
Koronavirus səbəbiylə ölkədə qıtlığın olacağından qorxan fransızlar qida toplamağa başlayıblar.

Sfera.az xəbər verir ki, Fransada koronavirus pandemiyasının 2021-ci ilin sonuna kimi davam edəcəyindən təşvişə düşən fransızlar, indidən konserv və dondurulmuş məhsullar alırlar. 

Alınan hazır məhsullar arasında hisə verilmiş balıq, çəkilmiş ət və qurudulmuş çörək çoxluq təşkil edir. 2013-cü ildə ölkədə baş verən at əti skandalından sonra ət məhsullarına maraq azalmışdı. Lakin pandemiya dövründə əhali yenidən ət məhsullarına üstünlük verməyə başlayıb.

Ölkədə qaz ciyəri satışlarının yüzdə 50 faiz, hisə verilmiş balıq satışlarının yüzdə 28, şampan satışlarının isə yüzdə 20 faiz artdığı bildirilir.

Yay aylarının həmişəkindən daha isti keçəcəyini düşünən fransızlar, həmçinin, qablaşdırılmış dondurmaya da böyük maraq göstərirlər. Dondurma satışlarının 200 faiz artdığı qeyd olunur. 

Jalə Mehdi
Sfera.az 


OXŞAR XƏBƏRLƏR